"Arsenal" 100 milyonluq futbolçu ilə maraqlanır

  • Bu gün, 12:35

"Arsenal" "İnter"in müdafiəçisi Alessandro Bastonini transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, London klubunun məşqçilər heyəti italiyalı futbolçunun komandanın müdafiəsini gücləndirə biləcəyinə inanır.

İddiaya görə, "İnter" oyunçuya təxminən 100 milyon avro dəyərində qiymət qoyub.

Bastoninin Milan klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, "İnter"ə 2017-ci ilin avqustunda "Atalanta"dan 31 milyon avroya keçib.


Paylaş: