FIFA və UEFA İsrailə qadağa qoyacaq?
İsrail Futbol Assosiasiyasının İranla hərbi münaqişə səbəbindən yerli komandalarının beynəlxalq yarışlardan mümkün kənarlaşdırılması ilə bağlı iddiaları şərh edib.
Sportlife.az xəbər verir ki, yayılan iddialar təsdiqini tapmayıb.
"FIFA və UEFA-dan milli komandanı və klubları beynəlxalq yarışlardan kənarlaşdırmaq üçün hər hansı bir müraciət olubmu? Xeyr. Hər şey yaxşı olacaq. Biz bundan narahat deyilik".
Fevralın sonlarında ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirib.