Mənə dua edən hər kəsə minnətdaram"

  • Bu gün, 14:49

"Mənə dua edən və dəstək olan hər kəsə minnətdaram. Yarış yüksək səviyyədə və güclü rəqabət şəraitində keçdi. İddialı rəqiblər çox idi. Bu, mənim üçün ən önəmli yarışlardan biri idi".

Sportlife.az xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində çempion olan Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov federasiyasının rəsmi saytına açıqlamasında deyib.

63 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı reytinq xarakterli yarışdakı çıxışını şərh edib: “Finala qədər yaxşı görüşlər keçirdim. Finalda komanda yoldaşımla qarşılaşdım. Biz Sakit Quliyevlə dost və komanda yoldaşı olsaq da, xalça üzərində hər birimiz qələbə uğrunda əlimizdən gələni edirik. Ümid edirəm ki, finala layiq bir görüş nümayiş etdirə bildik”.

İdmançının sözlərinə görə, bu qələbənin arxasında çox insan – məşqçilər korpusu və komanda dayanır: “Bu uğur onların da əməyinin nəticəsidir. Reytinq turnirində ilk medalımdır. Buna görə çox qürurluyam. İnanıram ki, uğurlarımız davamlı olacaq”.


Paylaş: