DÇ: Rusiyanın əvəzinə Slovakiya
Rusiyanı xokkey üzrə 2028-ci il dünya çempionatında Slovakiya əvəz edə bilər.
Sportlife.az xəbər verir ki, ruslar diskvalifikasiya olunacağı təqdirdə Slovakiya mundialın 8-ci iştirakçısı kimi nəzərdən keçirilir.
DÇ-nin 7 iştirakçısı (Kanada, ABŞ, İsveç, Finlandiya, Çexiya, İsveçrə və Almaniya) artıq məlumdur.
Dünya çempionatının iki qitədə - Şimali Amerika və Avropada keçirilməsi planlaşdırılır.