Keyn zirvədə

  • Bu gün, 13:56

"Bavariya"nın hücumçusu Harri Keyn 2025/2026-cı il mövsümündə "Qızıl buts" mükafatına namizədlər siyahısına başçılıq edir.

Sportlife.az xəbər verir ki, onun daxili liqada vurduğu 30 qol 60 xal dəyərindədir. "Real"ın hücumçusu Kilian Mbappe ondan 14 xal (23 qol) geridədir. "Mançester Siti"nin hücumçusu Erlinq Holann 22 qol və 44 xalla ilk "üçlüy"ü tamamlayır.

Qol sistemi belədir: oyunçunun ümumi qolları müvafiq liqa əmsalına vurulur. İlk beşlik liqalarında vurulan qol iki xal, 6-cı yerdən 21-ci yerə qədər vurulan qollar 1,5 xal, qalan liqalarda vurulan qollar isə bir xal dəyərindədir.

Kilian Mbappe 2024/25 mövsümündə "Qızıl buts" mükafatını qazanıb. 26 yaşlı futbolçu La Liqada debüt mövsümündə 31 qol vurub.


Paylaş: