Spalettinin hədəfi - 4-cü yer

  • Bu gün, 12:56

"Yuventus"un baş məşqçisi Luçiano Spalletti A Seriyasının 27-ci turunda "Roma" ilə 3:3 hesablı heç-heçəni şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bildirib:

"Mən bu mövqe üçün, dördüncü yer üçün yaşayıram. Həmişə təkcə futbolda deyil, həyatda da özünəinamlı olmaq lazımdır.

Bəxtimizin gətirmədiyi bir an oldu. Komandam bir neçə vacib şey nümayiş etdirdi və oyunumuzun yaxşılaşdığını görürəm. Düşünürəm ki, qarşıdakı mövsümü əla başa vuracağıq".

"Roma" 27 oyundan 51 xal toplayıb və dördüncü yerdədir. "Yuventus" (27 oyundan 47 xal) isə altıncı sırada qərarlaşıb.


Paylaş: