Bəhlul əməliyyat olundu

  • Bu gün, 16:53

"Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

Sportlife.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.


Paylaş: