“Turan Tovuz” “İmişli”yə, “Qarabağ” “Sabah”a qarşı

  • Bu gün, 10:02

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq

Sportlife.az xəbər verir ki, don oyun günündə iki görüş keçiriləcək. 

Əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edəcək. Görüş saat 16:30-da start götürəcək. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0.

Günün son oyunu isə turun mərkəzi qarşılaşası hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 52 xalla liderdir. Ehtiyatında bir oyunu olan "Qarabağ" isə 45 xalla 2-cidir. Bu baxımdan matçı komandalar arasında gedən çempionluq mübarizəsində əsas oyunlardan biri adlandırmaq olar.  Bu komandaların mövsümün ilk turundakı qarşılaşması "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

1 mart (bazar)

Azərbaycan Premyer Liqası, 22-ci tur

16:30. “Turan Tovuz” – “İmişli”
Hakimlər:
Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
“Azersun Arena”

19:00. “Qarabağ” – “Sabah” 
Hakimlər:
Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

27 fevral (cümə)

“Kəpəz” - “Sumqayıt” - 3:0

“Araz-Naxçıvan” - “Zirə” - 0:1

28 fevral (şənbə)

“Qəbələ” - “Karvan-Yevlax” - 1:1

“Şamaxı” - “Neftçi” - 2:2


Paylaş: