"Sanki “Neftçi”nin yüksəlməyini istəmirlər"
Azərbaycan Premyer Liqasının XXII turunun “Şamaxı” – “Neftçi” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.
– Oyunu şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Belə hal futbola yaraşmır.
– Oyunun sonlarında qatı duman oldu. Sizcə, oyunun davam etməsi düzgün idi?
– Bilmirəm. Belə görünür ki, VAR epizodu yaxşı görüb.
– Vensan Abubakar fasilədən sonra oyuna qoşulub, ardıcıl qollar vurdu. Onun daha əvvəldən meydanda olması düzgün olmazdı?
– Əvvəldən düşünmüşdük. Sambu və Abubakar yaxşı formadadır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki “Neftçi”nin yüksəlməyini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz və irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm.