"Neftçi" qələbəni əldən verdi
Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportlife.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
"Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqələrdə Vensan Abubakar vurub. Meydan sahiblərindən 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə Karim Rossi fərqlənib.
Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.
Günün 2-ci matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.