"Zirə"dən vacib qələbə

  • Bu gün, 20:00

Azərbaycan Premyer Liqasının XXII turunda "Zirə" "Araz-Naxçıvan"a qalib gəlib.

Sportlife.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "qartallar" 1:0 hesablı qələbə qazanıblar. Yeganə qolu 67-ci dəqiqədə Ayron Qomis nominal meydan sahiblərinin qapısından keçirib.

"Zirə" bu qələbə ilə xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlinin 4-cü sırasında qərarlaşıb. "Araz-Naxçıvan" isə 33 xalla 5-cidir.

Qeyd edək ki, XXII turun açılış matçında "Kəpəz" "Sumqayıt"a (3:0) qalib gəlib. Tura martın 1-də yekun vurulacaq.


Paylaş: