"Neftçi" ukraynalı məşqçiləri göndərdi
“Neftçi” basketbol komandasında gözlənilməz ayrılıq baş verib.
Sportlife.az xəbər verir ki, baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollar ayrılıb.
Ukraynalı mütəxəssislərlə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.
Qeyd edək ki, “Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.