Rusiya millisi özünə rəqib tapdı

  • Bu gün, 13:47

Rusiya milli komandası 2026-cı ildə ilk oyununu Nikaraquaya qarşı keçirəcək.

Sportlife.az xəbər verir ki, yoldaşlıq matçı martın 27-də Krasnodarda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Nikaraqua FIFA reytinqində 131-ci yerdədir.

Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Rusiya millisi beynəlxalq turnirlərdən kənarlaşdırılıb.


Paylaş: