Premyer Liqada XXII tur başlayır

  • Bu gün, 11:27

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Açılış matçı "Kəpəz" və "Sumqayıt" komandaları arasında olacaq. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Kimyaçılar” hazırda turnir cədvəlində 31 xalla 6-cı, Gəncə təmsilçisi isə 13 xalla 11-ci pillədədir.

Günün ikinci oyununda "Araz-Naxçıvan" “Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. “Qartallar” 35 xalla 4-cü, Muxtar Respublika klubu isə 33 xalla 5-ci yerdədir.

Qeyd edək ki, turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.


Paylaş: