"Qarabağ" - "Sabah": Biletlər satışda
Azərbaycan Premyer Liqasında XXII turun "Qarabağ" - "Sabah" matçının biletləri bu gün saat 18:00-dan etibarən satışda olacaq.
Sportlife.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5 manat, 10 manat və 20 manatdır.
Biletləri iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, martın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.