"Azərbaycanla oynamışıq, onları yaxşı tanıyırıq"

  • Bu gün, 14:06

İrlandiya millisinin basketbolçusu Sin Flud Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Azərbaycan və Lüksemburq yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Sportlife.az xəbər verir ki, o, hər iki matçda qalib gəlmək istədiklərini bildirib:

"Seçmə mərhələdə növbəti iki oyunu evdə keçirmək bizim üçün üstünlükdür. Azərbaycan və Lüksemburq komandalarını yaxşı tanıyırıq, çünki onlarla oynamışıq. Evdə bizi güclü azarkeş dəstəyi gözləyir. Hər iki matçda uğurlu nəticə əldə etmək istəyirik”.

Qeyd edək ki, fevralın 27-də keçiriləcək İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Paylaş: