AFFA milliyə əcnəbi məşqçi gətirdi

  • Bu gün, 15:33

Yeni yaradılacaq futbol üzrə U-20 millimizin baş məşqçisi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, yığma əcnəbi mütəxəssisə tapşırılıb.

Belə ki, bu vəzifəyə Rui Jorje təyin olunub. Portuqaliyalı mütəxəssislə gələn həftənin əvvəlində yeni müqavilə imzalanacaq.

Jorje 2010-2025-ci illərdə ölkəsinin U-21 və U-23 yığmalarında işləyib, 2015 və 2023-cü illərdə U-21-ə gümüş medal qazandırıb.


Paylaş: