Ronaldu klub sahibi oldu
"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu İspaniyanın "Almeriya" klubunun 25%-lik səhmini alıb.
Sportlife.az xəbər verir ki, klub hazırda Sequndada çıxış edir və La Liqaya yüksəlməyi hədəfləyir.
"Mən həmişə meydandan kənarda futbola töhfə verməyə çalışmışam. "Almeriya" möhkəm təməli və aydın inkişaf potensialı olan bir klubdur. Klub rəhbərliyi ilə onun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün işləmək imkanına sahib olduğum üçün çox şadam", - deyə Ronaldu bildirib.