ÇL-də ingilis hegemonluğu
Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Sportlife.az xəbər verir ki, İngiltərə bu raundda 6 komanda ilə təmsil olunacaq.
"Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi" və "Mançester Siti" Liqa, "Nyukasl" isə pley-off mərhələsindən 1/8 finala vəsiqə qazanıb.
İspaniyanın 3 təmsilçisi - "Barselona", "Atletiko" və "Real" bu mərhələdə mübarizə aparacaq.
1/8 finalda Almaniya 2 ("Bavariya" və "Bayer"), İtaliya ("Atalanta"), Fransa (PSJ), Portuqaliya ("Sportinq"), Türkiyə ("Qalatasaray") və Norveç ("Budyo Qlimt") isə 1 komanda ilə təmsil olunacaq.