Altı cüdoçumuz Avropa Kubokunda
Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Sportlife.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova, Nuranə Hacızadə (hamısı 52 kq), Vüsalə Hacıyeva (57 kq) və Nilgün Rzayeva (63 kq) qüvvəsini sınayacaq.
Milli komandamıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.