Högedən inanılmaz rekord
"Budyo Qlimt"in hücumçusu Yans Peter Höge bu mövsüm Çempionlar Liqasında 6 qol vurub.
Sportlife.az xəbər verir ki, bu Norveç klubunun heyətində çıxış edən yerli futbolçular arasında bir avrokubok mövsümündə rekord göstəricidir.
Höge "Tottenhem" və "İnter"lə matçlarda 2, Borussia Dortmund" və "Mançester Siti" ilə görüşlərdə isə 1 dəfə fərqlənib.
Qeyd edək ki, "Budyo Qlimt" 2 oyunun nəticəsinə əsasən, "İnter"ə 5:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.