Zubir: "Qarabağ"ın kim olduğunu göstərdik"
"İlk və ikinci oyunlar tamamilə fərqli idi".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab oyunundan (2:3) sonra UEFA-ya açıqlamasında deyib.
Fransalı yarımmüdafiəçi Bakıdakı ilk matçın uğurlu alınmadığını bildirib: "Amma cavab matçında yaxşı futbol oynamaq və əsl "Qarabağ"ın kim olduğunu göstərmək istədik. Düşünürəm ki, buna nail olduq. İkinci hissə, xüsusən də azarkeşlərimiz üçün fantastik keçdi. Yaxşı oynadıq və iki qol vurduq. Bu, ilk oyundan sonra vacib idi. Belə bir başlanğıcdan sonra çətin idi, amma sonra özümüzü toparladıq və yaxşı oynadıq".