Sürət həddini aşdığı üçün cəzalandı
"Mançester Yunayted"in müdafiəçisi Leni Yoro sürət həddini aşdığı üçün 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Sportlife.az xəbər verir ki, hadisə 2025-ci ilin avqust ayında Mançesterin ətraf ərazisi olan Vitinqtonda baş verib. Sürət kamerası oyunçunun avtomobilinin təxminən 115 km/saat (70 mil/saat) sürətlə hərəkət etdiyini qeydə alıb. Bu isə sürət limitindən təxminən 2,5 dəfə çoxdur.
Yoronun vəkilləri onun adından üzr istəyərək yolun açıq olduğunu və dostunu qatar stansiyasına aparmaq üçün tələsdiyini izah ediblər. Lakin müdafiəçi məhkəmənin qərarından apelyasiya şikayəti verməyib.
Yoro "Mançester Yunayted"ə 2024-cü ilin iyul ayında qoşulub. O, əvvəllər "Lill"də oynayıb.