Koutinyo Rusiyada çıxış edə bilər
Rusiyanın MOİK klubu Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Felipe Koutinyonu transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçu "Vasko da Qama" klubundan ayrıldıqdan sonra azad agent olub.
Koutinyo İtaliyanın "İnter", Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona" kimi komandalarında çıxış edib. Braziliya millisində 68 oyun keçirib və 21 qol vurub.