Keçmiş futbolçu polisin burnunu sındırdı

  • Bu gün, 12:31

Fransada adı açıqlanmayan veteran futbolçu polisin burnunu sındırdığına görə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sportlife.az xəbər verir ki, keçmiş futbolçu bir vaxtlar "Renn" klubunda baxışda olub.

İnsident şənbə gecəsi barda baş verib. Əvvəlcə dava olub, hadisə yerinə polis çağırılıb. Sərxoş vəziyyətdə olan 40 yaşlı veteran oyunçu polislərə zərbə endirib.

Təqsirləndirilən şəxs hadisəni inkar etməyib, lakin həmin hadisələri xatırlamadığını açıqlayıb. Keçmiş peşəkar futbolçunun polis məmurundan üzr istədiyi bildirilir.


Paylaş: