Dieqo Simeone "İnter"də?

  • Bu gün, 17:32

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "İnter"in yeni baş məşqçisi olacaq.

Sportlife.az xəbər verir ki, argentinalı mütəxəssis İtaliya təmsilçisi ilə razılığa gəlib.

O, 2025/26 mövsümündən sonra komandanı sükanı arxasına keçəcək.

Razılıq "Atletiko"nun La Liqanın 25-ci turunda "Espanyol" üzərində 4:2 hesablı qələbəsindən sonra əldə edilib. "İnter" 55 yaşlı mütəxəssisə bir illik müqavilə təklif edib.


Paylaş: