Advokat istefa verdi
Kurasao millisinin baş məşqçisi Dik Advokat istefa verib.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis qızına görə vəzifəsindən ayrılıb.
Çalışdırıcı bundan sonra xəstə qızına daha çox vaxt ayıracaq.
Advokatı bu postda həmyerlisi Fred Ratten əvəzləyib.
Qeyd edək ki, Kurasao millisi tarixində ilk dəfə Advokatın rəhbərliyi altında dünya çempionatının final mərhələsində vəsiqə qazanıb.