DÇ-2026-dan kənarda qala bilər

  • Bu gün, 12:51

PSJ-nin qapıçısı Luka Şevalye Fransa millisinin heyətindəki yerini itirə bilər.

Sportlife.az xəbər verir ki, milli komandanın məşqçilər heyəti qolkiperin son oyunlarda ehtiyatda qalmasından və rəqabətdə Matvey Safonova uduzmasından narahatdır.

Əgər Şevalye vəziyyəti dəyişə bilməsə, mart ayında Fransa millisinə çağırılmaq şansı çox az olacaq. 

24 yaşlı qapıçı Fransa millisindəki yeganə matçını DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı (3:1) keçirib.


Paylaş: