“Yuventus”un Yıldızı sıradan çıxıb

  • Bu gün, 18:21

"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının son turunda zədələnib.

Sportlife.az xəbər verir ki, "Corriere dello Sport" nəşrinin məlumatına görə, türkiyəli futbolçunun sol baldır əzələsində zədə aşkarlanıb. Bu səbəbdən onun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı keçiriləcək cavab oyununda iştirakı sual altına düşüb.

Kenan Yıldız 2022-ci ildə azad agent statusu ilə "Bavariya"dan "Yuventus"a keçib. Onun Turin klubu ilə müqaviləsi 2030-cu il iyununa qədər qüvvədədir. 20 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 35 matça çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Yuventus" - "Qalatasaray" qarşılaşması fevralın 25-də baş tutacaq.


Paylaş: