Ronaldo: “Burada qalmaq istəyirəm”

  • Bu gün, 12:36

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı sualları cavablandırıb.

Sportlife.az xəbər verir ki, portuqaliyalı forvard bunları deyib:

"Mən Səudiyyə Ərəbistanındayam. Burada yaşamağa davam etmək istəyirəm. Bura məni, ailəmi və dostlarımı isti qarşılayan bir ölkədir. Xoşbəxtəm və burada qalmaq istəyirəm.”

Ronaldo 2023-cü ilin yanvar ayından bəri "Əl-Nəsr"də oynayır. O, əvvəllər "Mançester Yunayted", "Yuventus", "Real" və "Sportinq"də oynayıb.


Paylaş: