Renat oynadı, komandası 3 xala sevindi
Polşa Ekstraklasasında XXII turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi "Motor" səfərdə "Pyast"la qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qəlbəsi ilə başa çatıb. Dadaşov 71-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Motor" 22 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.