Rəşad Sadıqov: "Səhvləri düzəltmək alınmadı"

  • Bu gün, 20:23

Azərbaycan Premyer Liqasının XXI turunun “Turan Tovuz” – “Zirə” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Oyuna çox pis başladıq və qapımızda 2 qol gördük. Oyunun əvvəlində sanki komandada çaşqınlıq var idi. 1-ci hissəni çox pis keçirdik. 2-ci yarıda isə tam əksi oldu. Rəqibin sıx müdafiəsini yara bilmədik. Fasilədən sonra futbolçular çalışdılar. Amma matçın əvvəlində buraxılan səhvləri sonradan düzəltək alınmadı.

– Birinci hissədə dəyişiklik etdiniz. Səbəb nə idi?

– Oyunun əvvəlində İsmayıl İbrahimlidə müəyyən narahatlıq var idi. Onu meydana buraxıb-buraxmamaq barədə fikiləşirdik. Hiss olunurdu ki, oyununa təsir etdi. Hesabda geriyə düşdük və dəyişikliyə getdik.

– “Zirə”nin əvəzedici komandasını izləyirsiniz? Bu mövsüm əsas komandaya əvəzedici heyətdən oyunçu dəvət etmirsiniz, deyəsən… 

– Mütəmadi olaraq uşaqları dəvət edirik. Əvəzedicilər Liqasını izləyə bilmirəm. Amma oradan komandaya oyunçular dəvət edirik. Kimi hazır görsək, şans verəcəyik.

– “Turan Tovuz” azarkeşləri sizə qarşı şüarlar səsləndirdi, atmacalar atdılar. Bunu nə ilə əlaqələndirirsiniz?

– Açığı, mən də başa düşmədim. “Turan Tovuz” mənə doğma komandadır. Fikir bildirməyəcəyəm. Çünki səbəbini bilmədim.


Paylaş: