"İnter"də ciddi itki

  • Bu gün, 16:11

"İnter"in hücumçusu Lautaro Martines bir aylıq sıradan çıxıb.

Sportlife.az xəbər verir ki, baldır əzələsindən zədələnən argentinalı oyunçunun vəziyyəti gələn həftə yenidən qiymətləndiriləcək.

Xatırladaq ki, Lautaro Martines Çempionlar Liqasının pley-off mərhələsinin "Budyo-Qlimt"lə ilk oyununda (1:3) zədə alıb.

Bu mövsüm hücumçu A Seriyasında 25 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: