Paytaxt klubunda uzunmüddətli müqavilə
"Arsenal" İngiltərə millisinin hücumçusu Bukayo Saka ilə müqaviləni uzadıb.
Sportlife.az xəbər verir ki, sözləşmənin uzunmüddətli olduğunu bildirir. Mediada yayılan məlumatlara görə, Saka 2031-ci ilə qədər London klubunda qalacaq.
Bu mövsüm 24 yaşlı forvard "Arsenal"ın heyətində 34 oyunda səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib.