Ançelotti qərarını verdi
Karlo Ançelotti Braziliya millisi ilə müqavilənin müddətini uzadacaq.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis artıq bununla bağlı xəbərləri təsdiqləyib.
"Düşünürəm ki, Braziliya milli komandası ilə müqaviləmi 4 il müddətinə uzadacağam", - deyə italiyalı mütəxəssis bildirib.
Ançelottinin yeni müqaviləsi DÇ-2030-un sonuna qədər qüvvədə olacaq.
Baş məşqçi Braziliya milli komandasında ildə təxminən 10 milyon avro qazanır.