Koxalskidən antirekord
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski antirekorda imza atıb.
Sportlife.az xəbər verir ki, polşalı qolkiper UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyunda uğursuz göstərici ilə yadda qalıb.
Koxalski bir neçə dəfə Ağdam klubunu qoldan xilas etsə də, 1:6 hesablı məğlubiyyətə mane ola bilməyib. Bununla qapıçının cari mövsüm qitənin ən nüfuzlu klub turnirində buraxdığı ümumi qol sayı 27-yə çatıb.
Koxalski bu göstərici ilə "Slovan"dakı həmkarı Dominik Takaça məxsus ötən mövsümdəki antirekordu təkrarlayıb. Təmsilçimizin “Nyukasl”la səfərdə cavab matçı olacağını nəzərə alsaq, Koxalskinin antirekordu yeniləmək ehtimalı kifayət qədər yüksəkdir.
Qeyd edək ki, “Nyukasl”la “Qarabağ” arasında cavab oyunu fevralın 24-də “Cent Ceyms Park”da keçiriləcək.