I Liqa: Lider xal itirdi
Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.
Sportlife.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
Mərkəzi oyun lider "Şəfa" ilə "Mingəçevir" arasında keçirilib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb.
I Liqa, XV tur
19 fevral
"Şəfa" - "Mingəçevir" 2:2
Qollar: N.Əliyev, 2, E.Zamanov, 8 (pen) - C.Cəbrayılov, 63, T.Fərmanov, 90+4
Qırmızı vərəqə: V.Həsənov, 83
"Şimal" - "Şahdağ Qusar" 0:1
Qol: V.Əliyev, 40
Qırmızı vərəqə: V.Əliyev, 65
"Zaqatala" - "Difai" 2:1
Qollar: K.Qardaşlı, 61, 65 - V.Ondo, 12