Luis Enrike üçün 40 milyonluq tələb
"Palmeiras" qış fasiləsində "Zenit"in hücumçusu Luis Enrikeni transfer etməyə çalışıb.
Sportlife.az xəbər verir ki, Braziliya klubu 25 yaşlı futbolçu üçün təxminən 29,2 milyon avro təklif edib.
Sankt-Peterburq təmsilçisi isə bu təklifi qeyri-kafi hesab edərək oyunçunu 40 milyon avro dəyərində qiymətləndirib.
Luis Enrike ötən ilin yanvar ayında "Zenit"ə 33 milyon avroya keçib.