Həbib "Marsel"in baş məşqçisi oldu

  • Bu gün, 11:26

"Marsel"in yeni baş məşqçisi bəlli olub.

Sportlife.az xəbər verir ki, bu vəzifəyə Həbib Beye təyin olunub.

Seneqallı mütəxəssis bir neçə gün əvvəl "Renn"dən istefaya göndərilib.

Beye 2003-cü ildən 2007-ci ilə qədər "Marsel"də müdafiəçi kimi oynayıb. O, 174 oyunda iştirak edib, iki qol vurub və yeddi məhsuldar ötürmə edib.


Paylaş: