İdmançımız növbəti mərhələdə

  • Bu gün, 16:08

Azərbaycan idmançısı Anastasiya Papatoma “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında keçirilən dağ xizəyinin slalom növündə mübarizəyə başlayıb.

Sportlife.az xəbər verir ki, idmançı Kortina d'Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda ilk enişini başa vurub.

92-ci sırada mübarizəyə başlayan slalomçu 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb və növbəti mərhələyə vəsiqə qazanıb.

İdmançının çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın 2 idmançı ilə təmsil olunduğu “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


Paylaş: