66 ildən sonra...

  • Bu gün, 14:26

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyədə “Qalatasaray” və İtaliyanın “Yuventus” komandaları arasında keçirilən matç (5:2) bir sıra statistik göstəricilərlə yadda qalıb.

Sportlife.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi klub tarixində ilk dəfə bir Çempionlar Liqası matçında 5 qol vurub.

Turin klubu isə avrokuboklar tarixində ikinci dəfə bir qarşılaşmada 5 və ya daha çox top buraxıb. “Qoca sinyora” daha əvvəl 1958-1959-cu illər mövsümündə Avropa Kubokunda Avstriyanın “Vyana” komandasına 0:7 hesabı ilə məğlub olmuşdu.

“Qalatasaray”la görüşdə qonaq komandanın yarımmüdafiəçisi Työn Kopmeyners dubla imza atıb. Bununla da niderlandlı oyunçu 1992-ci ildən sonra pley-off mərhələsində bir matçda iki qol vuran ilk “Yuventus” futbolçusu kimi tarixə düşüb.


Paylaş: