Vinisiusa "meymun" yox, başqa söz deyilib
"Real"ın yarımmüdafiəçisi Orelien Çuameni Çempionlar Liqasında "Benfika" üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda baş verən qalmaqaldan danışıb.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu Vinisiusla "Benfika"nın cinah oyunçusu Canluka Prestiani arasındakı münaqişənin fərqli bir versiyasını təqdim edib.
Onun sözlərinə görə, argentinalı vinger "sambaçı"nı "meymun" yox, başqa sözlə təhqir edib.
Qeyd edək ki, həmin qalmaqala görə matçda məcburi fasilə yaranıb.