Təbriz klubunda yeni baş məşqçi

  • Bu gün, 16:08

Cənubi Azərbaycanın "Traktor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təbriz komandası Məhəmməd Rəbiiyə tapşırılıb.

O, bu postda Draqan Skoçiçi əvəzləyib.

Mütəxəssis cari mövsümün sonuna qədər "Traktor"u çalışdıracaq.

Qeyd edək ki, Məhəmməd Rəbii buna qədər "Mes Rəfsəncan", "Zob Ahan" və "Alüminium Arak" kimi klubların baş məşqçisi olub.


Paylaş: