Kloppun İngiltərədən təklif aldığı təsdiqləndi

  • Bu gün, 11:03

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted" və "Çelsi"dən təklif alıb.

Sportlife.az xəbər verir ki, bu barədə onun agenti Mark Kositske açıqlama verib.

O, almaniyalı mütəxəssisin məşqçiliyə qayıtmağı düşünmədiyini bildirib: "Çünki hazırkı rolundan çox məmnundur. Bəlkə də nə vaxtsa yenidən soyunma otağında öz yerini tapacaq. "Red Bull"a qoşulmazdan əvvəl ABŞ və ya İngiltərə milli komandalarını çalışdıra bilərdi. Əgər Julian Nagelsmann Almaniya yığmasında olmasaydı, bəlkə də bu komandaya da başçılıq edərdi".


Paylaş: