Ukraynalı futbolçu üçün mövsüm bitdi

  • Bu gün, 12:10

"Ayaks"ın futbolçusu Aleksandr Zinçenko mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Sportlife.az xəbər verir ki, "Arsenal"dan icarə əsasında transfer edilən ukraynalı futbolçu Amsterdam klubunda ikinci oyununda dizindən zədə alıb.

Müayinə zamanı əməliyyata ehtiyac duyulduğu məlum olub. Daha sonra 29 yaşlı futbolçu uzun reabilitasiya dövrü keçəcək. Yəni, bu mövsüm bir daha oynamayacaq.

Ukrayna millisi DÇ-2026-ya vəsiqə qazanarsa, Zinçenko dünya çempionatını da buraxa bilər.


Paylaş: