"Gəncə səbəti" pankartına qadağa
"Kəpəz"in mühafizə xidməti ilə azarkeşlər arasında insident yaşanıb.
Sportlife.az xəbər verir ki, "Neftçi" ilə keçirilən oyunda klubun mühafizə xidmətinin əməkdaşları azarkeşlərin tribunada "Gəncə səbəti" yazılmış pankartı açmasına mane olublar.
İstəklərinə nail ola bilməyən azarkeşlər etiraz əlaməti olaraq pankartı Yevlax şəhər stadionunun divarına asıblar.