Əliyar Ağayevə yeni təyinat

  • Bu gün, 14:09

FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.


Paylaş: