ANTİREKORD: 6 oyuna 8 qol

  • Bu gün, 11:26

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Sportlife.az xəbər verir ki, bu, XX turda gerçəkləşib.

Ötən gün başa çatan turda cəmi 8 qol vurulub. Baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı "Kəpəz" – "Neftçi" görüşündə (1:3) qeydə alınıb. "İmişli" – "Qarabağ" və "Qəbələ" – "Sabah" matçlarında qonaqlar, "Zirə" – "Karvan-Yevlax" və "Araz-Naxçıvan" – "Sumqayıt" qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. "Şamaxı" – "Turan Tovuz" oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub – 9 top (orta məhsuldarlıq - 1,50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.


Paylaş: