Berdiyevin heç-heçə şərhi

  • Bu gün, 17:20

Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı.

– Qol epizodlarının olmamasının səbəbi oyunçu keyfiyyətidir?

– “Şamaxı”nın müdafiəsi yaxşı oynadı. İstənilən halda, daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.

– Yeni transferiniz Mark Rene Mampassi oynamağa hazırdır?

– Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.


Paylaş: