Qurbanov həmkarını qabaqladı

  • Bu gün, 12:30

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Sportlife.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.

Qonaqların baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” görüşü saat 21:45-də start götürəcək.


Paylaş: